2022-ci ildə Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələr arasında Azərbaycan və Qazaxıstan xarici ticarət dövriyyəsinin müsbət saldosuna görə öndə olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “Türk iqtisadi icmalı”nın IV sayında bildirilir.
Sənəddə deyilir ki, ötən il ixracın dəyəri idxalın dəyərini Azərbaycanda 27 132,3 milyon ABŞ dolları, Qazaxıstanda isə 34 350,4 milyon ABŞ dolları üstələyib.
Bundan başqa, icmala əsasən, il ərzində Türkiyə iqtisadiyyatı 5,6 %, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6 %, Türkmənistan iqtisadiyyatı 6,2 %, Özbəkistan iqtisadiyyatı 5,7 %, Qırğızıstan iqtisadiyyatı 7 %, Qazaxıstan iqtisadiyyatı isə 3,2 % böyüyüb.