Azərbaycan və Qambiya arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür.

Bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyi paylaşım edib.

“Bu gün (noyabrın 11-də – red.) Azərbaycan və Qambiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Həmkarlarımız – qambiyalı diplomatları bu ildönümü münasibətilə təbrik edir və ölkələrimiz arasında münasibətlərin inkişafında onlara uğurlar diləyirik”.

Qeyd edək ki, Azərbaycanın Mərakeşdəki diplomatik missiyasının rəhbəri Nazim Səmədov həmçinin Qambiyada qeyri-rezident səfirdir. Bu ilin aprelində o, etimadnaməsinin surətini ölkənin xarici işlər naziri Mamadu Tanqaraya təqdim etmişdi.

İstinadlar Report