
Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıqla bağlı potensialın reallaşdırılması müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, müzakirələr Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında keçirilmiş görüşdə aparılıb.
“Görüşdə ölkələrimizin uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq. Ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr apardıq”,- deyə M.Cabbarov vurğulayıb.
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri cənab Məhəmməd İshaq Dar (@MIshaqDar50) ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimizin uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq. #Azərbaycan – #Pakistan #iqtisadi əməkdaşlığının potensialının… https://t.co/xbs1KHzA7W
Azərbaycan24 sosial şəbəkələrdə
İstinadlar Report