“Partiyalar arasında əlaqələrin genişləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu əlaqələrin inkişaf etdirilməsi dövlətlər arasında əlaqələrin inkişafına da öz töhfəsini verir: “Biz qısa zaman ərzində iş birliyinin yeni müstəviyə keçməsinə nail olacaq”.

T.Budaqov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Yeni Azərbaycan Partiyası qarşıya yeni hədəflər qoyub və bunlardan biri də partiyanın xarici əlaqələrinin genişləndirilməsidir: “Yeni Azərbaycan Partiya Ədalət və İnkişaf Partiyası ilə birgə memorandum imzalayıb və hər iki hakim partiyanın nümayəndələri qarşılıqlı səfərlər ediblər. Biz Türk Dünyası Təşkilatlarına üzv dövlətlərinin hakim partiyalarının əlaqələrinin daha da genişləndirilməsinə töhfə verməyə çalışırıq”.

İstinadlar Report