Bu gün Ulan-Batorda Monqolustan və Azərbaycan Xarici İşlər nazirlikləri arasında ikinci siyasi məşvərət görüşü keçirilib.

Iclasa Monqolustan XİN-in dövlət katibi Munxtuşiq Lxanaacav və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov sədrlik ediblər.

Görüş zamanı tərəflər Monqolustan və Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, mədəniyyət və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

İstinadlar Report