Rusiyanın Krasnoyarsk diyarından olan biznesmenlər Azərbaycanla maşınqayırma və metallurgiya, turizm, qida sənayesi və aqrar-sənaye kompleksi kimi sahələrdə əlaqələri genişləndirmək niyyətindədir.

Bu barədə “İşgüzar Rusiya”nın Krasnoyarsk regional bölməsinin sədri Anton Jerebtsov regionun iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya işgüzar səfərinin yekunları üzrə açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi dost ölkələrdəki tərəfdaşlarımızla iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələri genişləndirməkdir: “Biz idxalı əvəz edən texnologiyaların cəlb edilməsində də fəal əməkdaşlıq edirik. Nümayəndə heyətinin üzvləri Azərbaycanın avtomobil və qida sənayesinin flaqmanları olan şirkətlərin imkanları ilə tanış olublar. Bundan əlavə, biz ölkələrimizin və onların regionlarının turizm potensialının perspektivlərini müzakirə etdik”.

İstinadlar Report