
Azərbaycan və İran arasında çağırışlar həllini tapdıqdan sonra beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər yeni mərhələyə qədəm qoya bilər.
Bu barədə açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov danışıb.
O qeyd edib ki, İranla əlaqələrin inkişafı üçün Tehran tərəfinin danışıqlarda əldə edilən razılaşmaları yerinə yetirməsi önəmlidir:
“İran Prezidenti ilə görüş yüksək səviyyədə və çox pozitiv keçdi. Məsud Pezeşkianın Bakıya səfəri əsasında, əməkdaşlığın daha da inkişafı üçün ümidlər yaranıb. Təbii ki, Tehran və Bakı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması, beynəlxalq təşkilatlarda İran və Azərbaycan əməkdaşlığının inkişafı və üçün ilk olaraq bir sıra çağırışlar öz həllini tapmalıdır”.

Zaur Məmmədov
Z.Məmmədovun sözlərinə görə, hazırkı mərhələdə İrana Azərbaycanla münasibətləri korlamaq sərf etmir: