
Gələn həftə Əbu-Dabidə Mərkəzi Asiya ölkələri və Azərbaycan nümayəndələrinin iştirakı ilə keçiriləcək ərəb iş adamları və investorların konfransı iqtisadi əlaqələrin möhkəmləndirilməsi və birgə investisiya imkanlarının öyrənilməsi üçün platforma olacaq.
Bu barədə İordaniya İş Adamları Assosiasiyasının sədri Həmdi Tabba Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimovla görüşü zamanı bildirib.
Tərəflər iqtisadi, investisiya və ticarət əlaqələrinin möhkəmləndirilməsi perspektivlərini müzakirə edib, qarşılıqlı əməkdaşlığın inkişafında özəl sektorun rolunu vurğulayıblar.
Tabba hər iki ölkənin özəl sektor nümayəndələri arasında işgüzar görüşlərin aktivləşdirilməsinin, ticarət mübadiləsinin genişləndirilməsinin və energetika, informasiya texnologiyaları və “yaşıl iqtisadiyyat” kimi əsas sektorlarda əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.