İyunun 21-də Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni rəhbərlik edib.

Danışıqlar zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq, regional məsələlər, Azərbaycanın Avropa dövlətləri və Avropa İttifaqı ilə münasibətləri müzakirə edilib. Tərəflər, bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

İstinadlar Report