Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararart Mirzoyan ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclası çərçivəsində dekabrın 2-də İsveçdə görüşəcəklər.

Bunu bu gün Avropa Parlamentində Aİ Xarici İşlər Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorunun nümayəndəsi Luk Devin bildirib.

O, həmçinin Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində iştiraka dəvət olunduğunu xatırladaraq, Aİ Şurasının prezidenti Şarl Mişelin iki ölkənin liderləri ilə görüşlər keçirəcəyini qeyd edib.

 

İstinadlar Qafqazinfo