“BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır”.

Bunu Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko deyib.

“Hazırda həmsədrlər üçlüyünün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü planlaşdırılır. Bu baş verərsə, iki ölkə arasında münasibətlərin normallaşma prosesinin praktiki konturlarının əldə edilməsi baxımından müsbət işarə olacaq”, – deyə Rudenko qeyd edib.

İstinadlar Qafqazinfo