“Azərbaycan və Əlcəzair arasında iqtisadi münasibətlərin istifadə edilməmiş əhəmiyyətli səviyyədə potensialı mövcuddur”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra birgə mətbuat konfrasında bildiriblər.

C.Bayramovun sözlərinə görə, enerji daşıyıcılarının ixracını həyata keçirən ölkələr olaraq Azərbaycan və Əlcəzair ilk növbədə enerji, həmçinin investisiyalar sahəsində əməkdaşlıq edə bilər: “Bu sahədə istifadə edilməmiş böyük potensial var”.

O, Əlcəzairin XİN rəhbərinin Bakıya səfərinin iqtisadi münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

R.Lamamra iki ölkənin iqtisadiyyat və investisiya sahələrində mövcud olan potensialın istifadə edilməsi üçün əllərindən gələn hər şeyi edəcəyini ümidvar olduğunu bildirib.

İstinadlar Report