“Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Anlaşma Memorandumu 2022-ci il noyabrın 29-da Əlcəzair şəhərində imzalanıb.
Fərmana görə, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinə bildiriş göndəriləcək.