
“AzərEnerji” ASC Dünya Bankı ilə Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının maliyyələşmə məsələlərini müzakirə edib.
Bu barədə müzakirələr “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən onlayın görüşdə aparılıb.