Bakıda Azərbaycan və Belçika sahibkarları görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib.

Görüş qurumun, Belçikanın Valloniya regionu üzrə İxrac və Sərmayə Agentliyinin (AWEX), Flandriya Sərmayə, Ticarət və İxrac Agentliyinin (FIT) birgə təşkilatçılığı ilə, Belçikada səhiyyə, enerji, nəqliyyat, kimya sənayesi, ticarət, investisiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin ölkəmizə təşkil edilən ticarət missiyası çərçivəsində təşkil olunub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Azərbaycan-Belçika iqtisadi-ticarət əməkdaşlığından danışıb, iş adamları arasında əlaqələrin genişlənməsi üçün həyata keçirilən tədbirləri qeyd edib.

Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans ölkələrarası ticarətin inkişafı genişlənməsi, investisiyaların yatırılması və tərəfdaşlığın gücləndirilməsi məsələləri barədə fikirlərini bildirib, analoji tədbirlərin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini bildirib.

İstinadlar Report