Azərbaycan və Belarus baytarlıq preparatlarının birgə istehsalını təşkil etməyi planlaşdırır.
Bu barədə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi məlumat yayıb.
Birgə müəssisə Azərbaycanda yaradılacaq.
Belarusun “BelVitunifarm” şirkətinin baş direktoru İlya Darovski və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev Bakıda iki qurum arasında məxfilik müqaviləsi və əməkdaşlıq sazişi imzalayıblar.