Dövlət Turizm Agentliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsi çərçivəsində 2025-ci il ərzində mütəmadi əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə edib.

Qurumun sədri Fuad Nağıyevlə AQEM-in Baş katibi Kayrat Sarıbayla görüşüb.

Görüş zamanı AQEM Nazirlər Şurasının 7-ci iclasında Azərbaycanın 2024-2026-cı illər üzrə təhvil aldığı AQEM-ə sədrlik çərçivəsində turizm sahəsində mütəmadi əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin, AQEM-un hazırladığı rəsmi konsepsiya sənədinin turizm bölməsinə Agentliyin təqdim etdiyi layihə təklifləri haqqında fikir mübadiləsi aparılıb.

K.Sarıbay ötən il Azərbaycanın ev sahibliyi ilə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Bundan əlavə, o, Azərbaycanın turizm potensialını AQEM-ə üzv dövlətlərə tanıtmaq məqsədilə həmin ölkələrin media nümayəndələri üçün Azərbaycana mediaturların təşkilində maraqlı olduqlarını bildirib.

İstinadlar Report