Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Ulyanovsk vilayəti üzrə idarəsi, bu ilin əvvəlindən ümumilikdə 43 114 ton taxılın ixracına nəzarət edib.

Məlumata görə, hesabat dövründə ərzaq buğdası və kətan ən populyar ixrac məhsulları olub.

Buğdanın böyük hissəsi Latviyaya (20 501 ton), Azərbaycana (15 227 ton) və Qazaxıstana (6 339 ton) ixrac edilib.

Həmçinin Ulyanovsk vilayəti ərazisindən emal üçün Latviyaya 760 ton kətan, Belarusa 287 ton ərzaq kolzası göndərilib.

İstinadlar Report