Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayevlə görüşüb.

Bu barədə Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Görüşdə iki ölkə arasında əlaqələrin inkişafını məmnunluqla vurğuladıq və sıx münasibətlərin iqtisadi əməkdaşlığımız üçün yaratdığı imkanlar barədə danışdıq”, – deyə o qeyd edib.

İstinadlar Report