Xəbər verdiyimiz kimi, Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının qarşısını almaqda qardaş ölkəyə dəstək olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar Türkiyəyə göndərilir.

Yanğınların söndürülməsinə cəlb olunan şəxsi heyət artıq Bakıdan Türkiyəyə yola düşüb.

Fotolar: Pərvin Zeynal