Bu gün Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirilib.

Azərbaycan Milli Məclis sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər Bakı Bəyannaməsini imzalayıblar.

Qeyd edək ki, bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, hər üç ölkənin siyasi münasibətlərinin daha da gücləndirilməsini və digər sahələri əhatə edir.