
Azərbaycan və Türkiyə arasında standartlaşdırma sahəsində qarşılıqlı əməkdaşlıq, o cümlədən müvafiq sahədə beynəlxalq təcrübənin ölkəmizdə öyrənilməsi və tətbiqi müzakirə edilib.
Məlumata görə, qurumun nümayəndələri Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət göstərən Milli Zəmin Təhlükəsizliyi İnstitutunun (Ulusal Zemin Güvenliği Enstitüsü – UZGE) rəhbəri Gültəkin Coşkunla görüş keçirib. Görüşdə G.Coşkun mühəndislik və təhlükəsizlik standartlarının inkişafı, o cümlədən zəlzələ təhlükəsizliyi, sənaye obyektlərinin dayanıqlılıq testləri və sınaq laboratoriyalarında innovativ metodlardan söz açıb.
Tərəflər piyada infastrukturunun təhlükəsizliyi üzrə EN 16165 “Piyada səthlərinin sürüşməyə davamlılığının təyini – Qiymətləndirmə üsulları”, TS 13882 “Piyada səthlərinin təsnifatı qaydaları – Ümumi tələblər və qiymətləndirmə üsulları”, EN 14231:2003 Təbii daşların sınaq üsulları – Riyazi rəqqas ilə sürüşmə müqavimətinin təyini”, EN 13036-4:2011 “Yol və aerodrom səthinin xüsussiyətləri – Sınaq üsulları – Hissə 4: Səthin sürüşmə müqavimətinin/sürüşkənliyin ölçülməsi üsulu – Riyazi rəqqas ilə sınaq üsulu” Avropa və Türk standartlarının tətbiqi istiqamətində müzakirələr aparıb.