Azərbaycandan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) istiqamətində ixrac missiyalarının təşkil edilməsi üzərində işlər aparılır.

Bunu “Report”a açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, sözügedən missiyaların bu ilin II yarısında reallaşdırılması planlaşdırılır: “Hazırda konkret şəhərlər müəyyən edilir”.

Bundan başqa, AZPROMO rəhbəri bildirib ki, yaxın vaxtlarda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hökumətlərarası birgə komissiyanın növbəti iclasının keçirilməsi, bu çərçivədə investisiya qoyuluşu ilə bağlı dəyirmi masanın təşkil edilməsi planlaşdırılır.

Bu ilin I rübündə Azərbaycanla Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 56,2 % çox – 11,1 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycanın Səudiyyə Ərəbistanına ixracın dəyəri 49,3 % azalaraq 0,5 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 73,3% artaraq 10,6 milyon ABŞ dolları olub.

İstinadlar Report