Azərbaycan sərhədini pozduğuna görə saxlanılan erməni diversant Qaqik Aşotoviç Voskanyanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Məhkəmə işinə noyabrın 30-da Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.
Qeyd edək ki, Q.Voskanyan bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.