Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 8 mln. 641,17 min ABŞ dolları dəyərində 19 min 145,94 ton şəkər idxal edib

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 83 min 282,24 ton və ya 5,35 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 39 mln. 460,24 min dollar və ya 5,57 dəfə azdır.
Xatırladaq ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 48 mln. 101,41 min dollar dəyərində 102 min 428,18 ton şəkər idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında şəkər idxalı Azərbaycanın ümumi idxalının 0,29%-ni təşkil edib.