
Azərbaycanın Tailanddakı səfiri Elçin Bəşirov Cənub-Şərqi Asiya ölkəsinin Minatəmizləmə Mərkəzinin baş direktoru ilə mina təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bu barədə diplomatik missiyanın mətbuat xidməti bildirib.
“29 yanvar 2025-ci il tarixində səfir Elçin Bəşirov Tailand Minatəmizləmə Mərkəzinin baş direktoru general Saksit Sanqçanintra ilə görüşüb”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.