“SSRİ dağılandan sonra Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olması, Qarabağ zəfərində Türkiyə ilə birliyimiz, fevralın 6-da Azərbaycanın həm maddi, həm də mənəvi olaraq yanımızda olması qardaşlığımızın və dostluğumuzun nümunəsidir”.
Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq təkcə iki qardaş dövlətin prezidentlərinin dostluğu deyil, həm də şəxsi münasibətlərdir: “Prezident İlham Əliyev hər zaman Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. Bu, həm seçkilərdən əvvəl, həm də sonra belə olub. Bu, onun ən təbii hüququdur”.