Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasında görüş keçirilib.

Görüş zamanı ikitərəfli ticarət-iqtisadi və sənaye əlaqələrinin daha da möhkəmləndirilməsi perspektivlərini, o cümlədən mədəniyyət, təhsil və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Səfir Rəhman Mustafayev Həştərxan vilayətinin Azərbaycana hədiyyəsi olaraq işğaldan azad edilmiş Qubadlı rayonunda uşaq bağçasının tikintisi təşəbbüsünə görə qubernatora təşəkkürünü bildirib.

Görüşdə uşaq bağçasının tikintisinin 2025-ci ilin may-iyun aylarında başa çatdırılmasının nəzərdə tutulduğu vurğulanıb.

İstinadlar Report