Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov Əmmanın meri Yusuf Əl-Şavarbe ilə görüşüb.
Tərəflər iki ölkənin paytaxtları arasında əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.
Səfir Səlimov Əmmanın inkişaf səviyyəsini yüksək qiymətləndirib və Azərbaycan hökumətinin İordaniya ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.