Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibi Səlma Baxta Mənsuri ilə Afrika və beynəlxalq məsələləri müzakirə edib.

Bu barədə Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün (yanvarın 30-da – red.) nazirliyin mənzil–qərargahında <…> Mənsuri Sloveniyanın, Cənubi Koreyanın, Azərbaycanın Əlcəzairdə akkreditə olunmuş səfirləri xanım Urşka Mendak, cənab Yu Kiyun, cənab Tural Rzayevi nəzakət ziyarəti çərçivəsində qəbul edib”.

İstinadlar Report