
Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi ilə ticarət mübadiləsinin artırılmasını müzakirə edib.
Bu barədə Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi Azərbaycanın Kabildəkı səfiri İlham Məmmədovla görüşüb”, – mətbuat xidməti bildirib.
Qeyd olunub ki, görüş zamanı tərəflər ticarət mübadiləsinin artırılması, iki ölkənin məhsullarının birgə sərgilərinin keçirilməsi və Lapis Lazuli dəhlizinin aktiv saxlanılması məsələlərini müzakirə ediblər.