
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Belçika Senatının (parlamentin yuxarı palatası) rəhbəri Valeri De Byu ilə görüşdə Bakı və Brüssel arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə azərbaycanlı diplomat “X” səhifəsində yazıb.
“Yanvarın 21-də Belçika Senatının sədri Valeri De Byu tərəfindən qəbul edilmək şərəfinə nail oldum. Belçika ilə Azərbaycan arasında federal və regional səviyyədə çoxprofilli əlaqələrlə bağlı bir çox məsələlər ətrafında maraqlı söhbətimiz oldu”, – diplomat qeyd edib.