Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) xarici əlaqələrdən məsul sədr müavini Zafer Sarıkaya ilə görüşüb.

Bu barədə Azərbaycanın Ankaradakı diplomatik missiyasının sosial şəbəkə hesabında bildirilib.

“Səfir Rəşad Məmmədov AK Partiyanın xarici əlaqələrdən məsul sədr müavini Zafer Sarıkayanı ziyarət edib”, – səfirliyin məlumatında qeyd olunub.

Tərəflər “Azərbaycan – Türkiyə münasibətlərinin strateji mütəffiqlik səviyyəsində olmasından məmnuniyyətlərini” bildirərək “bu münasibətlərin daha da inkişafına əminliyini ifadə ediblər”.

İstinadlar Report