Azərbaycan Sankt-Peterburqun Ticarət və Sənaye Komitəsi ilə yeni məhsulların ticarəti və investisiya layihələrinin siyahısının mübadiləsi ilə bağlı razılığa gəlib.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən “Sankt-Peterburq və Azərbaycan əməkdaşlıq üfüqlərini genişləndirir” mövzusunda biznes forumda bildirib.

Y. Abdullayev vurğulayıb ki, Sankt-Peterburqda fəaliyyət göstərən dərman istehsalı ilə məşğul olan şirkətlər artıq Azərbaycanda dərman istehsal edirlər: “Bu sahədə perspektivlər genişdir”.

İstinadlar Report