İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Beynəlxalq Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan sahibkarları Pekin İqtisadi-Texnoloji İnkişaf Zonasında (BDA) fəaliyyət göstərən müəssisələrdə olublar.
Xüsusi zonaya təşkil olunan ziyarət zamanı biotexnologiya, süni intellekt, nəqliyyat, elektron ticarət, İKT, robototexnika sahələrində fəaliyyət göstərən müəssisələrə baxış keçirilib.