“Azərbaycan bütün istiqamətlərdə Rusiya ilə münasibətlərin inkişafına köklənib”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşündə bildirib.

“Son bir il ərzində Qarabağda rusiyalı sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib”, – deyə Azərbaycan dövlət başçısı əlavə edib.