Türkiyədə baş verən zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemləri həll etmək üçün Azərbaycan rəsmiləri Türkiyədən olan həmkarları ilə danışıqlar aparırlar.

Nazirlər Kabinetindən  verilən məlumata görə, məsləhətləşmələr müxtəlif səviyyələrdə həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də birbaşa aparılır.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 22 nəfər həlak olub, 1031 nəfər yaralanıb.

İstinadlar Trend