Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb.
Bu barədə Sazişi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və “Xi’an Free Trade Port Consruction and Operation Co Ltd”nin baş direktoru Yuan Xiaojun imzalayıb.