Azərbaycan Prezidenti İlham Əliyev ilə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun fevralın 16-da Münxendə görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.

Qeyd edək ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.