“Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq biz bu gün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ – aranlı, dağlı – Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəlində köçürülmüşdü”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.