İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev və Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Azərbaycan-Polşa biznes forumunun keçirilməsi imkanlarını müzakirə edib.

Məlumata görə, Y.Abdullayev Agentliyin əsas fəaliyyəti və hədəfləri barədə məlumat verib, tərəflər biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, imkanları ətrafında fikir mübadiləsi aparıb.

Xatırladaq ki, Azərbaycan-Polşa biznes forumu sonuncu dəfə 2020-ci ildə keçirilib.

2021-ci ildə Azərbaycanla Polşa arasında ticarət dövriyyəsinin dəyəri 111 milyon 32 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 2,4 % azdır.

İstinadlar Report