Azərbaycan pilotları Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi – 2023” təlimlərində hava manevrlərini icra ediblər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimlər çərçivəsində pilotlar müxtəlif tapşırıqları yerinə yetiriblər.
Məşqlər zamanı, həmçinin şərti hədəflər məhv edilib.