2023-cü ilin əvvəlindən Azərbaycana Perm diyarından 11 min 399,7 kubmetr ağac məmulatı ixrac edilib.

Bu tədarüklər üzrə 104 fitosanitar sertifikat qeydiyyata alınıb.

Məlumatda bildirilir ki, yanvarın 26-da “Rosselxoznadzor”un Kirov vilayəti, Udmurt Respublikası və Perm diyarı üzrə İdarəsi Perm diyarından Azərbaycana iynəyarpaqlı ağaclardan alınmış 360 kubmetr taxta-şalban göndərilməsinə nəzarət edib. Ağac məmulatlarının nümunələri seçilərək müvafiq xidmətə təhvil verilib.

İstinadlar Report