“Qoşulmama Hərəkatına sədrliyimiz COVID-19 pandemiyası vaxtına təsadüf etdi. Ölkəmiz pandemiyaya qarşı fəal mübarizə aparan ölkələrdən biri oldu və xəstəliklə mübarizədə aktiv rol oynadı”.

Bu barədə iyunun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.

“Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik”, – deyə dövlət başçısı vurğulayıb.