
Azərbaycan 2024-cü ildə Rusiyadan 18 milyon ABŞ dolları dəyərində süd məhsulları idxal edib.
Bunu “Aqroeksport” federal mərkəzinin rəhbəri İlya İlyuşin bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2024-cü ildə Rusiyanın süd məhsullarının TOP-5 idxalçısından biri olub.
Ötən il Rusiya 438 milyon ABŞ dolları dəyərində 24,2 min ton süd məhsulları ixrac edib. 2023-cü ildə isə ixracın həcmi 23,2 min ton, dəyəri isə 369 milyon ABŞ dolları təşkil edib.