Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 2,3 milyon ton, ixracı isə 2 milyon ton olub.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir əlavə edib ki, ötən ay 3,9 milyard kubmetr qaz hasil edilib. 2 milyard kubmetr qaz isə ixrac olunub.
Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.