Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) Cəfərov Araz Səmədağa oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Qarazəncir kəndinə gətirilib.

Şəhidlə yaşadığı evində vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər. Daha sonra şəhid doğulduğu Qarazəncir kənd qəbiristanlığında dəfn edilib.

İstinadlar Report