26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsində media nümayəndələri üçün Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Mediaturlar çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.

Media nümayəndələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdən birində olub, burada xidmət edən hərbi qulluqçularla görüşüblər.

İstinadlar Report