Azərbaycan Ordusunda 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi manqasının komandirləri və operatorlarının hazırlığı üzrə toplanış keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Heyətlər tərəfindən kompleksin “Döyüşə” və “Səfərə” gətirilmə qaydaları, hədəfgöstərmə, tuşlama və atışların aparılması üzrə fəaliyyətlər icra olunub.

İstinadlar Report