AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • DİN: “Salyanda avtomobildən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı iddialar şər-böhtan xarakterlidir”
  • Bakıda bu yollarda tıxac var – Siyahı
  • Cəlilabadda quru ot və kol-kos yanıb
  • Liviyalı parlamentari: “Bakı Konfransına ev sahibliyi edən Azərbaycan digər ölkələri fəal əməkdaşlığa ruhlandırır”
  • Azərbaycan “OPEC plus”un neft hasilatını artırmaq qərarını dəstəkləyib
  • Ərdoğan “Freedom House”a sərt cavab verib
  • Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”
  • Pərviz Şahbazov: “OPEC plus” tarixi missiyasının öhdəsindən uğurla gəlib”
  • Ərdoğan: “Müttəfiqlər sözdə deyil, əməldə həmrəy olmalıdırlar”
  • Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsib
  • Bakıda bu yollarda tıxac var – Siyahı
  • “Azərlotereya” ASC şəhid övladları üçün təqaüd ayırdı
  • Selçuk Bayraktar Şuşadan yeni fotolar paylaşdı
  • Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
  • Prezident Bakıda beynəlxalq konfransda çıxış etdi – Fotolar + – VİDEO
  • Yoluxanların sayı 50-yə çatır
  • Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub
  • Cüneyt Arkın dəfn olundu – Fotolar
  • Makron: “Artıq Avropa qitəsində sülh yoxdur”
  • Rusiya MN müharibə ilə bağlı rəqəmləri şişirdir: eyni kəndlər 2 dəfə “azad olunub”
  • 10 AZN-dən başlayan qiymətlərlə dəniz mənzərəli ofislər sizi gözləyir – Fotolar
  • Baş katib: “Rusiya ilə NATO arasında dağıdıcı müharibə ola bilər”
  • Prezident Türkiyə, Pakistan və Özbəkistan rəsmilərini qəbul etdi
  • Daha 7000 nəfərə “Müharibə veteranı” adının verilməsi üçün qərar qəbul edilib
  • Senator: “Pakistan Ermənistanla münasibətlərin nizamlamasında Azərbaycana dəstəyini davam etdirəcək”
  • “Yaxın zamanlarda nümayəndələrin görüşü ola bilər” – Qriqoryan
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Azərbaycan Ordusunda “Komando hazırlığı” kursu başa çatıb – VİDEO
02/06/2022 11:08
Təkcə Zaur deyil, ARB də məsuliyyət daşıyır – VİDEO
30/06/2022 17:46
Prezident Bakıda beynəlxalq konfransda çıxış etdi – Fotolar + – VİDEO
30/06/2022 16:41
“Azərişıq” Masallının iki kəndinin elektrik şəbəkəsini yenidən qurur – VİDEO
30/06/2022 12:23
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb, İlham Əliyev konfransda iştirak edib -2 – VİDEO
30/06/2022 11:31
Prezident Bakıda beynəlxalq konfransda çıxış edir – Canlı – VİDEO
30/06/2022 11:14
Solovyov Azərbaycandan üzr istədi – Video
30/06/2022 10:38
FHN “Qrand” hotelin fəaliyyətini məhdudlaşdırdı – Foto+Video
30/06/2022 10:32
Bu gün Türkiydə möhtəşəm Qarabağ parkının açılışı olacaq – VİDEO
30/06/2022 09:47
Sumqayıtda qadını avtobusdan itələyən sürücü saxlanıldı – Video
29/06/2022 21:59
“Sherlock’s” restoranı söküldü – Video
29/06/2022 17:14
Goranboy və Naftalana suyun verilməsi bərpa olundu – Video
29/06/2022 16:50
“Hyundai”da kanala düşdülər – Video
29/06/2022 12:10
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edib – VİDEO
29/06/2022 10:11
Gecəki yanğında 2 avtomobil yararsız hala düşüb – Video
29/06/2022 09:56
Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+
28/06/2022 19:12
32 narkotacir tutulub – DİN – VİDEO
28/06/2022 17:14

Video xəbərlər

  • Abşeronda motosikletli narkokuryerlər saxlanılıb – VİDEO
  • Türkiyədən Azərbaycana qanunsuz yolla dərmanların keçirilməsinin qarşısı alınıb – VİDEO
  • Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirilib – VİDEO
  • Türkiyə ilk dəfə olaraq “Akıncı” lazerlə idarə olunan raketi sınaqdan keçirib – VİDEO
  • Təhlükə yaradan obyektin istismarı dayandırıldı – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

04/07/2022
13:44 İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair sənəd sabah imzalanacaq
13:35 Zəngilanda 1 tondan artıq çətənə məhv edilib
13:23 Bakıda iki küçədə avtomobillərin sıxlığı yaranıb
13:20 İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin təlim-metodiki toplantısı keçirilib
13:10 Nəzakət Teymurovanın üstündə qır-qızıl görməmişəm…
13:08 İGB-nin istifadəyə veriləcəyi yeni tarix açıqlanıb
13:05 Ukrayna XİN başçısı Belarusun müharibədə mümkün iştirakını şərh edib
13:04 Ermənistanda müxalif deputat mandatından imtina etdi
13:02 “Dünyada sülhün təşviqində parlamentlərin rolunun artırılması günümüzün əsas çağırışlarındandır”
12:56 Abşeronda motosikletli narkokuryerlər saxlanılıb – VİDEO
12:53 Roma Papası Rusiya və Ukraynaya səfər edə bilər
12:41 İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
12:40 Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub
12:38 Sabahın hava proqnozu açıqlandı
12:35 Özbəkistan və Qazaxıstan prezidentləri Qaraqalpaqdakı durumu müzakirə ediblər
12:17 DTX-nin saxladığı nazir qohumu ilə bağlı qərar verildi
12:14 Bakıda qadınların bank hesabından pul çıxaran şəxs saxlanılıb
12:08 Özbəkistandakı aksiyalarda 18 nəfər ölüb, 243 nəfər yaralanıb
12:02 Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilməsinin təfərrüatı məlum olub
11:44 Goranboy sakininin avtomobilini qaçıran şəxslər saxlanılıb
11:43 Britaniya kəşfiyyatı: “Rusiya Lisiçanskdan sonra əsas diqqəti Donetsk vilayətinin ələ keçirilməsinə yönəldəcək”
11:41 Mövlud Çavuşoğlu: “Finlandiya və İsveçlə bəzi məsələlərdə fikir ayırılıqları qalır”
11:32 Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub
11:26 Rusiya Azərbaycandan gətirilən pendir partiyasının qeydiyyatını dayandırıb
11:23 Rusiya iyulun 15-də quru sərhədlərini açacaq
11:20 Türkiyədən Azərbaycana qanunsuz yolla dərmanların keçirilməsinin qarşısı alınıb – VİDEO
11:19 “Bolmart”ın işçilərinin zəhərlənmə səbəbi məlum oldu – Siyahı
11:17 KİV: “Ukrayna ordusu Xersona snayper atəşi məsafəsindədir”
11:08 Azərbaycan və Özbəkistanın beyin mərkəzləri əməkdaşlıq edəcək
11:05 Hindistanda qəza nəticəsində 16 nəfər ölüb
10:53 Deputatlara verilən bəzi pul təminatları ləğv edilib – EKSKLÜZİV
10:52 “Bolmart”da 28 nəfər zəhərləndi
10:50 Yol kənarında dayananların faciəsi – İki günə 3 nəfər…
10:47 Şabranda narkotikə görə 2 qardaş saxlanılıb
10:44 Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirilib – VİDEO
10:41 Şərurda avtomobil velosipedçini vuraraq öldürüb
10:35 İcbari tibbi sığorta ilə ilk dəfə səs eşitməyin sevinci
10:29 Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
10:14 İtaliyanın Baş naziri Türkiyəyə gedəcək
10:11 Həftəsonu yol qəzalarında 7 nəfər ölüb
10:08 “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozda yanğın olub
09:47 Baş Kəşfiyyat İdarəsi: “Avqustda bütün dünya Ukraynanın ilk qələbəsini görəcək”
09:43 Tibb Universitetinin Klinikasında dəhşətli intihar
09:41 Finlandiya Azərbaycana kondisioner ixracını bərpa edib
09:38 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
09:32 Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
09:23 Britaniya kəşfiyyatı: “Rusiyanın diqqəti Donetsk vilayətinin ələ keçirilməsinə yönələcək”
09:22 Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb
09:20 Füzulidə mühəndis bədbəxt hadisə nəticəsində ölüb
09:05 Ukrayna Baş Qərargahı: “Rusiya ordusu hücumu bərpa etmək üçün qoşunlarını yenidən qruplaşdırır”
09:01 Zaqatalanın kəndləri sel suları altında qalıb, magistral yol bağlanıb
08:47 Livan XİN: “İsraillə sərhədin demarkasiyasına dair razılaşma sentyabra qədər əldə oluna bilər”
08:44 Bakı yollarında vəziyyət necədir?
08:29 Ceyhun Bayramov İrana gedib
08:20 İsveçrə Avropaya miqrasiya axınının artacağını gözləyir
07:47 Avstraliya koronavirus məhdudiyyətlərini ləğv edir
07:20 Braziliyada yarım ton narkotik daşıyan təyyarə saxlanılıb
07:14 Britaniya Rusiyanın müsadirə edilən aktivlərini Ukraynaya vermək istəyir
06:47 KİV: Almanların 90%-dən çoxu qiymət artımı səbəbindən xərclərini azaldıb
06:17 Yaponiya Rusiyadan qaz almağa davam edəcək

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Azərbaycan Ordusunda “Komando hazırlığı” kursu başa çatıb – VİDEO

Multimedia 02/06/2022 11:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyindən bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib.

Mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyəti diqqətə çatdırılıb. Çıxış edənlər şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində bu kimi kursların müsbət təsirini xüsusi vurğulayıb və hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonra kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub, şəxsi heyət tribuna önündən təntənəli keçid edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Təkcə Zaur deyil, ARB də məsuliyyət daşıyır – VİDEO

Multimedia 30/06/2022 17:46
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Bu hərəkət həm hüquqi, həm də etik baxımdan ciddi pozuntudur”.

Bunu hüquqşünas, media eksperti Ələsgər Məmmədli ötən gün ARB televiziyasında aparıcı Zaur Kamalın müğənni Afşin Azərini canlı efirdən qovması haqda fikir bildirərkən deyib.

Onun sözlərinə görə, baş vermiş hadisədə bir sıra hüquq pozuntuları var: “Hüquqi baxımdan pozuntudur, ona görə ki, Media Qanunun 14-cü maddəsinin 1.7-ci bəndi bütün yayımçıların, o cümlədən audiovizual yayımçıların heç kimin şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli olduğunu bildirir. Həmin Qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə “aparıcı”nın məsuliyyəti yox, həm də onu efirə buraxan ARB televiziyasının məsuliyyəti vurğulanır.

Bundan sonra qanunun tələblərinə nəzarət baxımından hüquqi tələblər ortaya çıxır. Media Qanununun 47.1.5. maddəsi audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək öhdəliyini Audiovizual Şuranın boynuna qoyub. Yəni, 14-cü maddənin 1.7-ci bəndindəki tələbə əməl olunmasına nəzarət Audiovizual Şuranın vəzifəsidir. Bununla da məsuliyyət daşıyan qurumların çərçivəsi bitmir. Sonrakı məsuliyyət MEDİA Agentliyinə yüklənib. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə 14.1-ci maddənin tələblərinin pozulmasına (yəni özünə “məşhur aparıcı” deyən şəxsin yol verdiyi hərəkətlərə) görə MEDİA Agentliyi il ərzində 3 (üç) dəfə xəbərdarlıq etdikdən sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə onu Media Reyestrindən çıxarır. Deməli, bu hadisəyə görə Agentlik də rəsmi xəbərdarlıq etməlidir”.

Oxumağa dəyər:   Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Ekspert məsələnin etik tərəfi ilə bağlı Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında qeyd edildiyini əlavə edib: “3.1-ci maddədə göstərilir ki, jurnalist adamları, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. Halbuki, efirdə “aparıcı” məhz etikadan kənar hərəkət və danışıqları bu konteksdə başlayır. Peşə Davranışı Qaydalarının 3.2. maddəsində isə etik tələb budur ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, sözügedən videonu ARB TV-nin özü rəsmi yutub hesabına yükləyib. Kanal videonu elə “Studiyada gərgin anlar: Zaur Kamal Afşin Azərini efirdən çıxardı” adı ilə paylaşıb. Beləliklə, müdaxilə imkanı olsa da, yaradıcı heyət kadrları tam halda efirə verib və yayılması istiqamətində də səy göstərib. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezident Bakıda beynəlxalq konfransda çıxış etdi – Fotolar + – VİDEO

Multimedia 30/06/2022 16:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.

Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.

***

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlət başçısı konfransda çıxış edib.

***

Prezident İlham Əliyevin çıxışı

– Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı görməyə çox şadam. Ümidvaram ki, şəhərimizdə yaxşı vaxt keçirəcəksiniz.

Bu gün zənnimcə Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada – Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək.

Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Hesab edirəm ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmiş və 2019-cu ildə Bakıda biz Qoşulmama Hərəkatının Zirvə toplantısını təşkil edərək müvəffəqiyyətlə keçirdik və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik. Biz buna görə sizə çox minnətdarıq, sizin dəstəyinizi doğrultmaq və bunun düzgün seçim olduğunu nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik.

Oxumağa dəyər:   Selçuk Bayraktar Şuşadan yeni fotolar paylaşdı

Qoşulmama Hərəkatında sədrliyimiz COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.

Beləliklə, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik. Hamımızın xatirindədir ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir.
Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququnun pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik. Biz, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Qeyd etdiyim kimi, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələlər bizə qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar.

Təəssüflər olsun ki, bu sadəcə şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizə BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq.

Oxumağa dəyər:   Bakıda binalara dini şüarlar yazan 18 yaşlı oğlan həbs edildi

Bir daha qeyd etmək istəyirəm ki, biz ədaləti bərpa edirdik. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da buna müvəffəq ola bilmirlər. Çünki artıq, minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər.

Biz bu münaqişəyə son qoyduq, ədalət və beynəlxalq hüququ bərpa etdik. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısındakı çıxışımda qeyd etmişdim ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Biz bunları bərpa edə bilməməyin, başqalarından asılı olmağın nə olduğunu yaxşı bilirdik. Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik. Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.

Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə bizə sadəcə 44 gün kifayət etdi. Ancaq biz bunu 30 ilə yaxın gözlədik. İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

Gördüyümüz kimi, Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik.

Deyə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.

Oxumağa dəyər:   Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb, İlham Əliyev konfransda iştirak edib -2 - VİDEO

Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.

Ümumilikdə, hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq.

Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Bilirəm ki, Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bəlkə də bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəm.
Əziz dostlar bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Ənənəvi Azərbaycan qonaqpərvərliyini göstərmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu konfrans təkcə çox məhsuldar deyil, həm də ünsiyyət və sıx təmasların qurulması baxımından da yaxşı fürsət olacaqdır. Nəticədə isə biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq.
Sağ olun.

***

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək konfransın gündəliyi barədə məlumat verib. Bildirib ki, konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub, qurumun sədri və sədr müavinləri seçilib.

Qeyd edək ki, üç gün davam edəcək konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

 






InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Masallının iki kəndinin elektrik şəbəkəsini yenidən qurur – VİDEO

Multimedia 30/06/2022 12:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərişıq” ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, Masallı rayonunun Eminli və Ərəb kəndlərinin elektrik şəbəkəsi yenidən qurur.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yenidənqurma işləri çərçivəsində 171 abonenti olan Eminli kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.

Masallının Ərəb kəndində də yenilənmə işlər davam etdirilir. 156 abonenti olan kənd ərazisində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 7 km-a yaxın 10 kV-luq, 10 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Eminli və Ərəb kəndləri ilə yanaşı,Masallı rayonunun Xırmandalı və Mollaoba kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2000-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb, İlham Əliyev konfransda iştirak edib -2 – VİDEO

Multimedia 30/06/2022 11:31
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezident Bakıda beynəlxalq konfransda çıxış edir – Canlı – VİDEO

Multimedia 30/06/2022 11:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.

Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

***

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb.

Oxumağa dəyər:   Yoluxanların sayı 50-yə çatır

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlət başçısı konfransda çıxış edir.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.

Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Solovyov Azərbaycandan üzr istədi – Video

Multimedia 30/06/2022 10:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyov separatçı David Babayanı “Соловьев Live” proqramının efirinə dəvət etdiyi üçün Azərbaycandan üzr istəyib.

Solovyov “Соловьев Live” proqramının səhər buraxılışında bu barədə danışıb.

Rusiyalı jurnalist separatçı Babayanı efirə dəvət etməklə siyasi səhvə yol verdiyini etiraf edib: “Böyük siyasi səhvə yol verdim. Sözü yalnız bir tərəfə verməyim mənim səhvim idi. Bu, mənim səhvimdir və üzr istəyirəm, sözü Azərbaycan tərəfinə verməyə hazıram”.

Bununla yanaşı, Solovyov daha sonradan Azərbaycandan növbəti dəfə üzr istəyib. 

Jurnalist “Вечер с Соловьевым” verilişinin efirində yenidən siyasi səhvə yol verdiyini təkrarlayıb: “Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Mən özüm şəxsən bu prioritetlə tamamilə razıyam. Dünən mənim verilişimin səhər buraxılışında Bakıda qəbuledilməz olaraq qiymətləndirilən hadisələr baş verdi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, çünki bu mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlarda səhvlər olur”.

Oxumağa dəyər:   Prezident Türkiyə, Pakistan və Özbəkistan rəsmilərini qəbul etdi

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN “Qrand” hotelin fəaliyyətini məhdudlaşdırdı – Foto+Video

Multimedia 30/06/2022 10:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda “Qrand” hotelin fəaliyyəti məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 11/33 ünvanında yerləşən mehmanxanada yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– birinci və ikinci mərtəbələrdə təxliyə yolları yanar meteriallarla üzlənib;

– mətbəx sahəsində daxili qaz boruları yivli birləşmələrlə istismar olunur və mətbəxdə qaz sızmasının xəbərdar edilməsi üçün avtomatik xəbərverici qurğu quraşdırılmayıb;

– obyektin ərazisində qeyri-standart qaz su qızdırıcısından istifadə olunur;

– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

– elektrik paylayıcı lövhəsinin, qazanxana və mətbəx sahələrinin elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

– mətbəx sahəsinin tüstü bacası yağ qalıqlarından təmizlənməyib;

– obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb;

Oxumağa dəyər:   Bayden Ərdoğana F-16 qırıcılarının tədarükünü vəd edib

– obyektin çardaq sahəsinin, dəhlizin və qonaq otaqlarının üzləndiyi taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, “Qrand” mehmanxanasında işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.







İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu gün Türkiydə möhtəşəm Qarabağ parkının açılışı olacaq – VİDEO

Multimedia 30/06/2022 09:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün Türkiyənin Batman şəhərində Qarabağ parkının açılışı mərasimi keçiriləcək.

Yeni yaradılan parkın ümumi sahəsi 15 397 kvadrat metrdir

Parkda uşaqlar üçün oyun meydançası, hovuz var. Parkda, həmçinin sərgi yerləri ilə yanaşı Azərbaycanın yeddi məşhur incəsənət ustalarının əsərləri də yer alacaq.

“Azərbaycan mədəniyyətinin izlərini özündə əks etdirən Qarabağ parkı Batmanın təbiəti, qardaşlığı və incəsənəti bir yerə gətirəcək yeni görüş yeri olmağa hazırdır”, – deyə parkın açılışı ilə bağlı video çarxda bildirilir.  

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda qadını avtobusdan itələyən sürücü saxlanıldı – Video

Multimedia 29/06/2022 21:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıtda sərnişini təpiklə vuraraq avtobusdan itələyən sürücü Aqil Kosayev saxlanılıb.

Sumqayıt şəhər Polis İdarəsindən bildirilib ki, sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun haqqında araşdırmalar başlanılıb. 

Qeyd edək ki, avtobusdan yıxılan sərnişin Sənubər Baxışəliyeva yüngül bədən xəsarətləri alıb.  

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Sherlock’s” restoranı söküldü – Video

Multimedia 29/06/2022 17:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəzər dənizi sahilində illər əvvəl qanunsuz olaraq tikilən hasarların və iaşə obyektlərinin söküntü işləri aparılır.

Bu barədə “Baku TV” məlumat yayıb.

Bildirilir ki, bu gün Xəzər rayonu Buzovna çimərliyi ətrafında sahil boyu vətəndaşların sərbəst şəkildə çimərliyə daxil olub istirahət etmələrinə maneə törədən, qanunsuz olaraq inşa edilən obyektlər də sökülür. Belə ki, illərdir fəaliyyət göstərən çimərlikdən bir neçə metr məsafədə yerləşən məşhur “Sherlock’s” restoranı artıq sökülüb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Goranboy və Naftalana suyun verilməsi bərpa olundu – Video

Multimedia 29/06/2022 16:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İntensiv yağıntıların və sel sularının Goranboy və Göygöl rayonlarında su mənbələrinə vurduğu ziyanın fəsadları aradan qaldırılır.Hazırda su mənbələrində infiltrasiya qurğusunun təmizlənməsi işləri intensiv qaydada davam etdirilir.

Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Göygöl rayonlarında şəhər mərkəzlərini və bəzi kəndləri içməli su ilə təmin edən Ballıqaya, Bənövşəli və Kürəkçay mənbələrinə ciddi ziyan vurub. İyunun 22-də sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil Ballıqaya sutəmizləyici qurğusunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb. Qısa müddətdə qurğuda təmizləmə işləri aparılaraq suyun verilişi bərpa olunsa da, iyunun 25-də selin təkrarlanması emal prosesinin yenidən dayanmasına səbəb olub. Nəticədə, Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılıb. “Azərsu” ASC tərəfindən əraziyə xüsusi texnika və maşınlar cəlb olunaraq təmir-bərpa işlərinə başlanılıb. Artıq qurğunun bir hissəsi təmizlənib. Goranboy, Naftalan şəhərlərinə və Ağcakənd qəsəbəsinə, eləcə də bir sıra kəndlərə içməli suyun verilməsi qismən bərpa olunub.

Oxumağa dəyər:   Suriyalı deputat: "Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük"

Sel və daşqınlar Göygöl şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən Kürəkçay və Bənövşəli mənbələrinə də ziyan vurub. Selin gətirdiyi lil və bərk maddələr qurğularda emal proseslərinin dayanmasına səbəb olub. Hazırda mənbələrdə təmir-bərpa işləri davam etdirilir. Artıq Bənövşəli mənbəyinin fəaliyyəti bərpa edilib, Kürəkçay mənbəyində isə işlər davam etdirilir.

“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “Sutikinti” Müəssisəsinin, regional sukanal idarələrinin nümayəndələri su mənbələrinə baxış keçiriblər. Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb. Əhalinin içməli suya olan tələbatını ödəmək üçün hər iki rayona sudaşıyan nəqliyyat vasitələri səfərbər olunub və mənbədə emal prosesi bərpa olunana qədər sakinlər maşınlarla daşınan su ilə təmin olunacaqlar.

 






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Hyundai”da kanala düşdülər – Video

Multimedia 29/06/2022 12:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qubanın Mirzəməmməd kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1948-ci il təvəllüdlü Mavik Ağakərimova məxsus “Hyundai Santafe” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərinliyi təxminən 6 metr olan suvarma kanalına düşüb və avtomobilin içərisində köməksiz vəziyyətdə qalmış 2 nəfərin həyatı təhlükə altındadır.

Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə vasitələrindən istifadə etməklə sürücü Mavik Ağakərimov və sərnişini 1953-cü il təvəllüdülü Leyla Ağakərimovanı avtomobildən çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edib – VİDEO

Multimedia 29/06/2022 10:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 8-dən sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 5 (beş) il müddətinə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Oxumağa dəyər:   Bayden Ərdoğana F-16 qırıcılarının tədarükünü vəd edib

Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri – 2 nüsxədə;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;
– 8 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
– psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;
– qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
– qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;
– hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə.

Oxumağa dəyər:   "Artıq o qrup ölüdür, cansızdır" - İlham Əliyev

Qeyd edək ki, nazirlik məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün müraciət etməmələrini xahiş edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Gecəki yanğında 2 avtomobil yararsız hala düşüb – Video

Multimedia 29/06/2022 09:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15kv.m olan dəmir konstruksiyalardan ibarət 2 ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100kv.m. sahəyə yığılmış tikinti materialları, 1 ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes-200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb.

Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159 mm olan qaz xətti yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+

Multimedia 28/06/2022 19:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın başlayıb.

“112” qaynar telefon xəttinə Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Sabunçuda məktəb binasında baş verən yanğın barədə məlumat yayıb.

Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir. Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbəlarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.

Oxumağa dəyər:   "Anadolu Qartalı - 2022" təlimində "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib

Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kv.m sahəsi olan dam örtüyünün 700kv.m hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

32 narkotacir tutulub – DİN – VİDEO

Multimedia 28/06/2022 17:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son günlərdə 32 narkotacir tutulub, onlardan 90 kiloqram narkotik maddə aşkar edilib.

Paytaxt və bölgələrdə son 25 gündə keçirilən əməliyyatlarla sosial şəbəkələr vasitəsi ilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla satış həyata keçirən mütəşəkkil dəstənin daha 32 üzvü saxlanılıb. Onlardan 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib.

Yardımlı, Masallı, eləcə də paytaxtın Qaradağ rayonlarındakı əməliyyatlar zamanı Amid Ağayev, İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 47  kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə etdikləri plastik kartlar aşkar edilib. Adları çəkilən 4 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışını təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, sosial şəbəkələrdə müxtəlif videoşantaj, narkotik vasitə istifadəçilərinə “qayğı” göstərmək və pulsuz narkotik vasitə təklif etmək yolları ilə iradəsi zəif olan şəxsləri narkokuryerliyə cəlb etmək olub.

Oxumağa dəyər:   "Artıq o qrup ölüdür, cansızdır" - İlham Əliyev

Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin satışını təşkil edən daha 28 nəfər saxlanılıb. Onlardan 43 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 30/06/2022 17:46

Təkcə Zaur deyil, ARB də məsuliyyət daşıyır – VİDEO

Read more
Multimedia 30/06/2022 16:41

Prezident Bakıda beynəlxalq konfransda çıxış etdi – Fotolar + – VİDEO

Read more
Multimedia 30/06/2022 12:23

“Azərişıq” Masallının iki kəndinin elektrik şəbəkəsini yenidən qurur – VİDEO

Read more
Multimedia 30/06/2022 11:31

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb, İlham Əliyev konfransda iştirak edib -2 – VİDEO

Read more
Multimedia 30/06/2022 11:14

Prezident Bakıda beynəlxalq konfransda çıxış edir – Canlı – VİDEO

Read more
Multimedia 30/06/2022 10:38

Solovyov Azərbaycandan üzr istədi – Video

Read more
Multimedia 30/06/2022 10:32

FHN “Qrand” hotelin fəaliyyətini məhdudlaşdırdı – Foto+Video

Read more
Multimedia 30/06/2022 09:47

Bu gün Türkiydə möhtəşəm Qarabağ parkının açılışı olacaq – VİDEO

Read more
Multimedia 29/06/2022 21:59

Sumqayıtda qadını avtobusdan itələyən sürücü saxlanıldı – Video

Read more
Multimedia 29/06/2022 17:14

“Sherlock’s” restoranı söküldü – Video

Read more
Multimedia 29/06/2022 16:50

Goranboy və Naftalana suyun verilməsi bərpa olundu – Video

Read more
Multimedia 29/06/2022 12:10

“Hyundai”da kanala düşdülər – Video

Read more
Multimedia 29/06/2022 10:11

Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edib – VİDEO

Read more
Multimedia 29/06/2022 09:56

Gecəki yanğında 2 avtomobil yararsız hala düşüb – Video

Read more
Multimedia 28/06/2022 19:12

Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+

Read more
Multimedia 28/06/2022 17:14

32 narkotacir tutulub – DİN – VİDEO

Read more
Multimedia 28/06/2022 16:08

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar – VİDEO

Read more
Multimedia 28/06/2022 15:44

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur – Video

Read more
Hadisə 28/06/2022 13:56

Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb – VİDEO

Read more
Multimedia 28/06/2022 11:03

“Ağır sirrozdan sağalan xəstələrim var” – Qastroenteroloq Aqil Ağakişiyev – VİDEO

Read more
Multimedia 28/06/2022 10:35

Əlilliklə bağlı imtina alanlara xoş xəbər – Bu tarixdən qüvvəyə minir – VİDEO

Read more
Multimedia 27/06/2022 15:38

FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video

Read more
Multimedia 27/06/2022 14:23

Kəlbəcərdən Laçına çəkilən elektrik xətti – VİDEO

Read more
Multimedia 27/06/2022 09:34

Müdafiə naziri sərhəddəki erməni təxribatlarından danışdı – Video

Read more
Multimedia 26/06/2022 19:20

Paşinyan daha bir hərəkəti ilə gündəmdə – Video

Read more
Multimedia 26/06/2022 14:02

Bu çaydan sel keçdi – Video

Read more
Multimedia 26/06/2022 09:18

“Düşmənin qurduğu istehkamları bir anda keçdik” – Qalib ordunun zabiti – VİDEO

Read more
Multimedia 25/06/2022 21:03

Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb – VİDEO

Read more
Multimedia 25/06/2022 19:32

“Ordumuz Vətən müharibəsində mükəmməl döyüş taktikası nümayiş etdirdi” – Məhərrəm Əliyev – VİDEO

Read more
Multimedia 25/06/2022 14:17

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb – VİDEO

Read more
Multimedia 25/06/2022 11:32

“Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirildi – Video

Read more
Hadisə 24/06/2022 16:53

Hindistanlı turistin axtarışlarına xüsusi təlim keçmiş itlər cəlb olunub – VİDEO

Read more
Multimedia 24/06/2022 15:01

Gürcüstandan Bakıya silsilə oğurluq üçün gəldi – Video

Read more
Multimedia 23/06/2022 15:14

“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır – Video

Read more
Hadisə 23/06/2022 11:43

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Read more
Hadisə 23/06/2022 11:40

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla